"Zirə" klubu futbolçu Ayron Qomislə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Xatırladaq ki, 26 yaşlı oyunçu 2024-cü ildən "Zirə"də çıxış edib.