2026 FIFA Dünya Kubokunda C qrupunda yer alan Haiti milli komandası forma dizaynında dəyişiklik etməli olub.

Metbuat.az xəbər verir ki, əvvəl təqdim olunan formanın dizaynı FİFA tərəfindən “siyasi məzmunlu” hesab edilib və dəyişdirilməsi tələb olunub. İlkin dizayn Haiti tarixində mühüm yer tutan Vertieres döyüşü və Haiti İnqilabından ilhamlanmışdı.

Haiti Futbol Federasiyası qurumun tələbindən sonra yeni formanın hazırlandığını açıqlayıb. Bildirilib ki, əvvəlki dizaynda müstəqillik döyüşçülərinin təsvir olunması səbəbindən dəyişiklik zəruri sayılıb.

Qeyd edək ki, Haiti daha əvvəl də oxşar səbəblə beynəlxalq yarışlar üçün hazırlanan idman geyimlərində dəyişiklik etməyə məcbur olmuşdu.