“Real Madrid” “Mançester Siti”nin keçmiş futbolçusu Bernardo Silva üçün rəsmi addım atıb.
Metbuat.az xəbər verir ki, məşhur jurnalist Fabrizio Romano “X” platformasında “Real”ın portuqaliyalı yarımmüdafiəçini transfer etmək üçün təklif irəli sürdüyünü bildirib. Məlumata görə, bu transfer uğrunda “Barselona” və “Atletiko Madrid” də mübarizə aparır. "Real Madrid"in yeni məşqçisi Joze Mourinyonun Bernardo Silvanı transfer etmək üçün səy göstərdiyi irəli sürülür.
Qeyd edək ki, “Qalatasaray” klubunun da Bernardo Silvanın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.