“Qalatasaray” “Real Malyorka”da çıxış edən Vedat Muriqi üçün transfer yarışına qoşulub.
Metbuat.az xəbər verir ki, Kosovolu hücumçu İspaniya klubundan ayrılmağa yaxındır. Futbolçunun Türkiyəyə transfer ehtimalı yüksək qiymətləndirilir. “Qalatasaray” hazırda transfer yarışında üstün tərəflərdən biri hesab olunur.
Məlumata görə, “Qalatasaray” hücum xəttini gücləndirməyi əsas hədəf kimi müəyyənləşdirib. Muriqinin Super Liqanı tanıması üstünlük kimi göstərilir.
Qeyd edək, Vedat Muriqi ötən mövsüm "Real Malyorka"nın heyətində 23 qola imza ataraq bombardirlər cədvəlində ikinci yerdə qərarlaşıb.