Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu “Barselona”nın futbolçusu Rafinyanı transfer etməkdə maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Əl Nəsr” klubu futbolçu üçün rəsmi danışıqlara başlayıb. İddialara görə, Səudiyyə klubu futbolçuya hazırkı maaşının 4 qatına qədər yüksələn sərfəli müqavilə təklif edib. Bildirilir ki, “Əl Nəsr” transfer üçün “Barselona”ya 80 milyon avro təklif irəli sürüb.
Qeyd edək ki, “Barselona” Rafinyanın mövqeyində oynaya bilən Entoni Qordonu transfer edib. Bu səbəbdən Rafinyanın klubdan ayrıla biləcəyi ehtimalı irəli sürülür.