“Liverpul”dan ayrılan Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın misirli ulduzun xidmətində maraqlı olduğu bildirilir. İddialara görə, futbolçu Türkiyədə oynamağa razılıq verib. Lakin o, illik 12 milyon avro maaş tələb edib. Səudiyyə Ərəbistanı klublarının da hücumçunu heyətinə qatmaq istədiyi iddia edilir.

Bəzi mənbələr isə futbolçunun 20 milyon avro maaş və 3 illik müqavilə tələb etdiyini yazıb.