“Real Madrid” Xulian Alvaresi transfer etmək üçün “Atletiko Madrid”ə rəsmi təklif göndərib.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı hücumçunun transferi üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif edib. Lakin klub rəhbərliyi təklifi nəzərdən keçirdikdən sonra onu qəbul etməyib.
Bildirilir ki, “Atletiko Madrid” iki klub arasında mövcud olan yaxşı münasibətlərə görə “Real Madrid”ə təşəkkür etsə də, futbolçunun müqaviləsində yer alan sərbəstqalma maddəsini əsas gətirərək təklifi rədd edib.
Qeyd edək ki, Xulian Alvaresin müqaviləsindəki sərbəstqalma məbləği 500 milyon avro təşkil edir.