İstanbulun “Fənərbaxça” klubunun yeni prezidenti seçilən Aziz Yıldırımın komandanın sükanı arxasına yenidən keçmiş ulduz Aykut Kocamanı gətirmək qərarı narazılıqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, sabah rəsmən açıqlanması gözlənilən təyinat xəbəri həm sarı-lacivərdli azarkeşlər, həm də futbol mütəxəssisləri tərəfindən etirazla qarşılanıb.

Sosial mediada və idman camiəsində geniş müzakirə olunan qərar Yıldırımı ciddi tənqid hədəfinə çevirib. Mütəxəssislər və azarkeşlər iddia edirlər ki, Aykut Kocamanın taktiki üslubu “Fənərbaxça”nın genetikasına ziddir. Onun komandaya həmişə həddindən artıq ehtiyatlı və müdafiəyə meyilli, bir növ “qorxaq” futbol oynatdığını bildirən azarkeşlər, bu yanaşma ilə klubun yenidən çempionluq zirvəsinə ucalmasının qeyri-mümkün olduğunu vurğulayırlar.

Aziz Yıldırımın bu addımı indidən klub daxilindəki gərginliyi artırıb.