2026-cı il FIFA Dünya Kubokunda yarışacaq İran milli komandası hazırlıqlarını davam etdirmək üçün Meksikaya yollanıb.

Metbuat.az xəbər verir ki, iranlı oyunçuların taxdığı döş nişanları diqqət çəkib. Bildirilir ki, hava limanında medianın marağına səbəb olan İran futbolçularının “168” rəqəmi olan ağ döş nişanları taxdığı müşahidə edilib. Xəbərdə deyilir ki, bu rəqəm ABŞ-nin İrana hücumu ilə bağlıdır.

Qeyd edək ki, müharibə zamanı ABŞ ordusunun İranda bir məktəbə hava hücumu həyata keçirib və nəticədə 168 qız həlak olub.