“Real Madrid” müdafiə xəttini iki yeni futbolçu ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, Madrid təmsilçisi İbraima Konate və Denzel Dumfrisi heyətinə qatıb. Konate İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. Futbolçunun müqaviləsi yekunlaşmaq üzrədir. Fransız futbolçunun "Real Madrid"lə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzaladığı irəli sürülür.
Dumfris isə İtaliyanın "İnter" klubundan ayrılıb. Hər iki futbolçunun transferi "Real"ın yeni mövsüm planlarının əsas hissəsi hesab olunur.