İstanbulun "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Sarı-qırmızılıların hədəfindəki ulduz futbol üzrə Türkiyə yığma komandasının üzvü Aral Şimsirdir.
Metbuat.az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, "Qalatasaray" rəhbərliyi Danimarkanın "Midtjylland" klubunun şərəfini qoruyan 22 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Qeyd edək ki, Aral Şimşir Danimarkada uğurlu mövsüm keçirib. O, "Midtjylland"ın heyətində çıxdığı matçlarda 10 qol vurub və 13 məhsuldar ötürmə verib.
Gənc yarımmüdafiəçinin bazar dəyəri 10 milyon avrodur.