Erlinq Holandın gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə aydınlıq gətirilib.
Metbuat.az xəbər verir ki, norveçli hücumçunun agenti Rafaela Pimenta və atası Alfi Holand futbolçunun "Real Madrid"ə keçəcəyi ilə bağlı iddiaları təkzib ediblər.Onların sözlərinə görə, son günlər İspaniya mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Bildirilib ki, Holandın adı "Real Madrid"də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilsə də, bu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Tərəflər qeyd ediblər ki, Madrid klubunda keçiriləcək seçkilərlə bağlı bütün namizədlərə uğurlar arzulayırlar, lakin futbolçunun mümkün transferi ilə bağlı səsləndirilən iddialar reallığı əks etdirmir.