Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb
Məlumata görə, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.