“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında davam edən məhkəmə çəkişməsində növbəti qərar açıqlanıb. İtaliyanın Milan şəhərində keçirilən məhkəmə prosesində futbolçunun xeyrinə qərar verilib.

Metbuat.az xəbər verir ki, Vanda Nara məhkəmə yolu ilə keçmiş həyat yoldaşından aylıq 250 min avro məbləğində müvəqqəti aliment tələb edib. Lakin məhkəmə Naranın maliyyə vəziyyətini kifayət qədər yaxşı hesab edərək bu tələbi təmin etməyib. Beləliklə, İkardi aliment məsələsi ilə bağlı açılmış son məhkəmə işində qalib gəlib.

Qeyd edək ki, cütlüyün ayrılıq prosesi uzun müddətdir həm Argentina, həm də İtaliya mətbuatının diqqət mərkəzindədir. Onlar arasında uşaqların himayəsi və maliyyə məsələləri ilə bağlı hüquqi mübahisə davam edir.