"Liverpul"dan ayrılan Fransa millisinin müdafiəçisi Ibrahima Konate karyerasını "Real Madrid"də davam etdirməyə yaxındır.

Metbuat.az xəbər verir ki, 27 yaşlı futbolçu Madrid təmsilçisi ilə 4 illik müqavilə barədə şifahi razılıq əldə edib. Transferin rəsmiləşməsi isə keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq. Hazırkı prezident Florentino Peres yenidən seçilərsə, Konatenin transferinin açıqlanacağı bildirilir.

Məlumata görə, Peresin qələbəsi halında Joze Mourinyonun da komandanın baş məşqçisi təyin olunması gözlənilir. Portuqaliyalı mütəxəssisin Konatenin transferinə razılıq verdiyi vurğulanır.