Türkiyənin “Fənərbaxça” klubu ilə yollarını ayıran tanınmış baş məşqçi Domeniko Tedeskonun yeni komandası bəlli olub.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, İtaliya təmsilçilərindən "Bolonya" 40 yaşlı mütəxəssislə müqavilə imzaladığını elan edib. Klubdan verilən rəsmi açıqlamaya görə, italiyalı mütəxəssis ilə 2+1 illik rəsmi müqavilə bağlanıb.

Tedesko “Bolonya”da bir müddət əvvəl vəzifəsindən ayrılan Vinçenzo İtalianonu əvəz edəcək. Ötən mövsüm “Fənərbaxça”nın başında 45 matça çıxan və daha əvvəl “Leypsiq”, “Şalke 04” ilə yanaşı Belçika millisini də çalışdıran gənc mütəxəssis, bu imza ilə karyerasında yeni bir səhifə açmış olub.