Mövsümün başa çatması ilə İngiltərə Premyer Liqasında gözlənilməz və tarixi bir yarpaq tökümü başlayıb.
Metbuat.az xəbər verir ki, "Liverpul" klubu, komandanın əfsanəvi uğurlarında payı olan üç əsas ulduz futbolçusu ilə yollarını rəsmən ayırdığını elan edib. Klubun açıqlamasına görə,komandanın siması sayılan misirli hücumçu Məhəmməd Salah, müdafiənin dayağı İbrahima Konate və təcrübəli sol cinah müdafiəçisi Endi Robertson müqavilələrinin başa çatması ilə komandadan ayrılıblar.
Bildirilir ki, "Liverpul"da Arne Slotun gedişindən sonra komandaya gətirilməsi gözlənilən yeni baş məşqçi (Andoni Iraola) öncəsi rəhbərlik heyətdə köklü islahatlara başlamaq qərarı verib.