“Fənərbaxça”nın prezidentliyə namizədi Aziz Yıldırım böyük əks-səda doğuracaq transfer planı üzərində işləyir.
Metbuat.az xəbər verir ki, bu barədə Trükiyə mediası məlumat yayıb.
Xəbərdə Yıldırımın “Real Madrid”in gənc ulduzu Arda Güleri yenidən İstanbula gətirməyi hədəflədiyi bildirilir. Aziz Yıldırımın milli futbolçunu 1 mövsümlük icarəyə götürmək üçün hərəkətə keçdiyi iddia olunur.
Məlumata görə, Aziz Yıldırım 21 yaşlı ulduzun transferini “Fənərbaxça”nın 12 illik çempionluq həsrətinə son qoyması baxımından kritik addım hesab edir. Bu gedişlə çempionluq yolunda böyük üstünlük qazanmaq istəyən Yıldırımın digər məqsədi isə uşaqlar və gənclər arasında “Fənərbaxça” sevgisini yenidən alovlandırmaqdır. O, Arda Gülerin sarı-lacivərdli formanı geyinməsinin gənc nəslin kluba bağlanmasında böyük rol oynayacağını düşünür.
Xəbərdə Aziz Yıldırımın bu planının sadəcə ideya olaraq qalmadığı, artıq Arda Gülerin atası və meneceri ilə birbaşa danışıqlara başlanıldığı vurğulanıb. Bildirilib ki, gənc futbolçu razılıq verəcəyi təqdirdə, onun 1 illik icarəsi üçün "Real Madrid" klubu ilə rəsmi danışıqlar aparılacaq.