Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.

Metbuat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa ilə üz-üzə gəlib.

"Tipos Arena"dakı qarşılaşma komandamızın qələbəsi ilə bitib - 3:2.