“Mançester Siti”nin futbolçusu Rodrinin gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını “Real Madrid”də davam etdirmək istəyir. Məlumata görə, Rodri bu istəyini agentinə bildirib və Madrid təmsilçisinə də çatdırıb. Futbolçunun əsas arzusunun “Real Madrid” formasını geyinmək olduğu qeyd edilir. İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, “Real Madrid”in yeni baş məşqçisi olacağı iddia edilən Joze Mourinyonun da Rodrinin transferində maraqlı olduğu bildirilir.

Təcrübəli mütəxəssisin yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırdığı və orta sahəni gücləndirmək istədiyi vurğulanır. Xəbərdə qeyd olunur ki, transferlə bağlı yekun qərarı Moruinyo və klub rəhbərliyi verəcək.