“Beşiktaş” klubunda baş məşqçi ayrılığı yaşanıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi komandanın sükanı arxasında olan Sergen Yalçınla əməkdaşlığa son qoyub. Bu barədə “TRT Spor” məlumat yayıb. Klub rəhbərliyinin son nəticələr və komanda daxilində yaranan vəziyyəti nəzərə alaraq 53 yaşlı mütəxəssislə yolları ayırdığı bildirilib. Hazırda “Beşiktaş”ın yeni baş məşqçi axtarışına başladığı da vurğulanır.
Qeyd edək ki, Sergen Yalçın daha əvvəl 2020/2021 mövsümündə də “Beşiktaş”ı çalışdırmış və həmin dönəmdə komandanı Türkiyə çempionu etmişdi. Təcrübəli mütəxəssis 2025-ci ilin avqustunda yenidən İstanbula qayıtmışdı.