Türkiyə Kubokunun 1/4 final mərhələsində “Qalatasaray” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 0:2 hesabı ilə məğlub olub. Qonaq komandanın futbolçusu Fıratcan 51-ci dəqiqədə hesabı açıb.

83-cü dəqiqədə Traore fərqlənərək üstünlüyü artırıb və matçın nəticəsini müəyyənləşdirib.

Bu məğlubiyyətdən sonra “Qalatasaray” Türkiyə Kubokunda mübarizəni dayandırıb.