“Real Madrid”in məşqçilər heyəti Arda Gülerin oyunundan məmnun qalıb.
Metbuat.az xəbər verir ki, klub daxilində gənc futbolçunun potensialına böyük ümidlər bəslənilir və onun gələcək layihənin əsas hissələrindən biri olduğu bildirilir. Məlumata görə, Arda son oyunlarda göstərdiyi performansla məşqçilərin diqqətini çəkib. Bildirilir ki, İspaniya mediasında da Ardanın uğurlu oyunu diqqət çəkir. Yerli media qeyd edir ki, “Real” mövsümün sonunda bir sıra futbolçularla yollarını ayıracaq. Arda isə onların arasında yer almır.
Qeyd edək ki, Arda Güler Çempionlar Liqasında “Bavariya” ilə oyunda iki dəfə fərqlənsə də, “Real Madrid” ümumi hesabda 4-6 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalıb.