“Real Madrid” “Arsenal”ın akademiyasının istedadlı futbolçusu Myles Lewis-Skellinin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Madrid klubu gənc futbolçunun həm müdafiədə, həm də yarımmüdafiədə oynaya bilməsini yüksək qiymətləndirir və onu uzunmüddətli layihənin bir hissəsi kimi görür. Bildirilir ki, futbolçu ötən mövsüm “Arsenal”ın əsas heyətində özünü göstərsə də, bu mövsüm heyətdəki rəqabət səbəbindən daha az oyun vaxtı alıb. İspaniya klubunun skautları futbolçunun potensialını yüksək qiymətləndirir.
Eyni zamanda “Arsenal”ın da oyunçunun gələcəyi ilə bağlı qərarsız olduğu, bəzi hallarda transfer və ya icarə variantına açıq olduğu iddia edilir.