Münxenin “Bavariya” klubu Bundesliqanın başa çatmasına dörd tur qalmış çempionluğunu rəsmiləşdirib.
Metbuat.az xəbər verir ki, münxenlilər çempionatın 30-cu turunda öz meydanında “Ştutqart” ilə qarşılaşıblar. Meydan sahibləri görüşdə 4:2 hesabı ilə qalib gəliblər.
Bununla da, “Bavariya” xal ehtiyatını 76-ya, ən yaxın təmsilçisi “Borussiya Dortmund” ilə xal fərqini isə 15-ə çatdıraraq növbəti dəfə çempion adını təmin edib.