"Qalatasaray" təkliflərə baxmayaraq Uğurcan Çakırı buraxmaq istəmir.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi uğurlu oyun nümayiş etdirən futbolçunu klubda saxlamaq istəyir.
Qeyd edək ki, “İnter” klubunun Uğurcan Çakırın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilib. Bildirilir ki, İtaliya nəhəngi transferi reallaşdırmaq üçün hərəkətə keçib. Məlumata görə, “İnter” Yann Sommerin yerinə Uğurcan Çakırı transfer etmək istəyir. "Qalatasaray" Uğurcan Çakırı mövsümün əvvəlində "Trabzonspor"dan 27,5 milyon avroya transfer edib.