İtaliyanın futbol mediasında Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Uğurcan Çakırla bağlı transfer iddiaları yer alıb.
Metbuat.az xəbər verir ki, İtaliya nəhəngi “İnter” türkiyəli qapıçının xidmətində maraqlıdır. “İnter” rəsmilərinin Çakır üçün İstanbul təmsilçisi ilə danışıqlara başladığı bildirilir.
Xarici KİV-in yazdığına görə, “İnter” qapıçını heyətinə daxil etmək üçün sarı-qırmıızlı klubun bütün tələblərini yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, Uğurcan Çakır bu mövsüm “Qalatasaray”ın heyətində 35 oyuna çııxb. O, qapısından 38 qol buraxsa da, 11 oyunda rəqib futbolçulara keçid verməyib.