“Real Madrid” "Komo"nun futbolçusu Niko Pazı geri qaytaracaq.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi futbolçunu geri qaytarmaq hüququndan istifadə etmək barədə qərar verib. "El Chiringuito" nəşrində dərc edilən xəbərə görə, artıq tərəflər razılıq əldə edib. Tərəflərin müqavilə bağladığı irəli sürülür. Məlumata görə, “Real” transfer üçün “Komo”ya 9 milyon avro ödəyəcək.

Qeyd edək ki, yarımmüdafiə xəttində oynayan Niko Paz 2024-cü ildə “Real Madrid”dən "Komo"ya transfer olub. Bundan əvvəl, Niko Pazın “Real”a transfer olacağı təqdirdə əsas heyətə düşmək üçün Arda Gülerlə rəqabət aparmalı olacağı barədə xəbərlər dərc edilmişdi.