“Real Madrid” Kamavinqa ilə yolları ayıra bilər.
Metbuat.az xəbər verir ki, futbolçu uğurlu oyun nümayiş etdirə bilmədiyi üçün mövsümün sonunda klubdan göndərilə bilər. Məlumata görə, İspaniya La Liqasında klubun uğursuz oyun nümayiş etdirməsi, yarımüdafiədəki oyunçuların oyunu ilə əlaqələndirilir. "AS” qəzetinin məlumatına görə, PSJ Kamavinqanın xidmətində maraqlıdır.
Fransa nəhənginin mövsümün sonunda ulduz futbolçunu transfer edə biləcəyi iddia edilir.