Ötən mövsüm ABŞ Dördüncü Liqasında DME akademiyasında oynayan Yan Diomandenin transfer dəyəri təəccübləndirib.
Metbuat.az xəbər verir ki, ötən mövsüm İspaniyanın “Leqanes” klubuna azad agent kimi transfer olan gənc futbolçu, bu mövsümün əvvəlində 20 milyon avroya “Leypsiq” klubuna transfer edilib. “Transfermarkt”in məlumatlarına görə, Fil Dişi Sahili futbolçusu 10 ay ərzində bazar dəyərini 1,5 milyon avrodan 75 milyon avroya qaldırmağı bacarıb. Alman “Sky DE” nəşrinin məlumatına görə, “Leypsiq” Yan Diomandenin transfer haqqını 100 milyon avro olaraq təyin edib. “Liverpul” və “Mançester Yunayted” klublarının futbolçunun transferində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, bu mövsüm “Leypsiq”də 26 oyunda iştirak edən Yan Diomande 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.