Qana millisinin baş məşqçisi Otto Addo Dünya Kubokundan əvvəl vəzifəsindən azad edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyası açıqlama verib. Açıqlamada, millinin məşqçisi Otto Addo ilə yolların ayrıldığı ifadə edilib.
Qeyd edək ki, Otto Addonun istefaya göndərilməsi Qananın yoldaşlıq oyunlarında Almaniyaya 1-2 və Avstriyaya 1-5 hesablı məğlubiyyətlərdən sonraya təsadüf edib. Qana millisi Otto Addonun rəhbərliyi ilə Dünya Kubokuna vəsiqə qazanmışdı. Qana millisi L qrupunda İngiltərə, Panama və Xorvatiya ilə qarşılaşacaq.