"Nyukasl" klubunun yarımmüdafiəçisi Sandro Tonali karyerasını İspaniyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Real Madrid” Sandro Tonalinin xidmətində maraqlıdır. "TEAMtalk" nəşrində dərc edilən xəbərə görə, futbolçunun agentləri onu “Real”a təklif ediblər. Məlumata görə, mümkün transfer 92 milyon avroya reallaşa bilər.

Qeyd edək ki, Sandro Tonali cari mövsümdə "Nyukasl"ın heyətində 47 oyunda 3 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.