"Fənərbaxça"da uğursuz oyunlardan sonra qovulan Joze Mourinyo "Benfika"da tarix yazır.

Metbuat.az xəbər verir ki, Mourinyo "Benfika"da Portuqaliya çempionatında 27 oyunluq məğlubiyyətsiz seriyası ilə diqqət çəkib. Bildirilir ki, qalan 7 matçda "Benfika" mövsümü məğlubiyyətsiz başa vura bilsə, bu, tarixi uğur hesab ediəcək.

Qeyd edək ki, bu mövsüm "Benfika" Joze Mourinyonun rəhbərliyi ilə Portuqaliya çempionatında 27 matçda 19 qələbə və 8 heç-heçə əldə edib.