“Qalatasaray” yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhənginin “Liverpul”un müdafiəçisi Virgil van Deykin xidmətində maraqlı olduğu iddia edilir. Məlumata görə, futbolçunun transfer işlərində “Qalatasaray” prezidenti Dursun Özbek şəxsən iştirak edir. Bildirilir ki, futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Xəbərdə deyilir ki, “Liverpul” müdafiəçi Konate ilə yeni müqavilə imzalasa, Virgil van Deykin getməsinə razılıq verə bilər.