Bu mövsüm Çempionlar Liqasındakı performansı ilə diqqət çəkən "Qalatasaray"ın oyunçusu Barış Alper Yılmazın oyunu Avropa klublarının marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, İtaliya və Səudiyyə Ərəbistanından futbolçuya maraq olduğu irəli sürülür. “TRT Spor”un məlumatına görə, "Napoli" klubu futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, Barış Alper Yılmaz təkcə sol cinahda deyil, həm də sağ cinahda və hücumçu kimi oynayaraq çox yönlü olması ilə seçilir.

Qeyd edək ki, bu mövsüm Barış Alper Yılmaz "Qalatasaray"da 41 oyunda meydana çıxıb, 10 qol vurub və 14 məhsuldar ötürmə edib.