İstanbulun "Beşiktaş" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə təmsilçisi İspaniya çempionatında top qovan Pau Torresə elçi düşüb.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. KİV "Beşiktaş"ın Torresi almaq üçün "Aston Villa" ilə danışıqlara başladığını yazıb. İstanbul təmsilçisinin Pau Torresi yay transfer dönəmində heyətinə qatmağa hazırlaşdığı bildirilib.

Qeyd edək ki, 1,92 boyu olan Torresin İspaniya klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var. Müdafiəçinin bazar dəyəri 22 milyon avrodur.