Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk karyerasını Avropada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, Avropa nəhəngləri "Tottenhem" və "Latsio" Okan Burukun xidmətində maraqlıdır. İngiltərə və İtaliya təmsilçisinin İstanbul klubunun baş məşqçisi ilə danışıqlara başladığı iddia olunur.

Yerli mətbuat Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun da türkiyəli mütəxəssisə elçi düşdüyünü yazıb. KİV-in iddiasına görə, Okan Buruk dünya nəhənglərinə cavab verməyə tələsmir. 53 yaşlı mütəxəssis hazırda yalnız "Qalatasaray"ın uğurları barədə düşündüyünü, təkliflərə mövsümün sonunda cavab verəcəyini deyib.