Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Avropa nəhəngi “Liverpul”la qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçla bağlı fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis rəqibin güclü olduğunu etiraf edib: “Hansı komanda ilə qarşılaşdığımızın fərqindəyik. “Liverpul”un çox keyfiyyətli futbolçuları var. Azarkeşlər əsl mübarizə izləyəcəklər”.

54 yaşlı mütəxəssis oyunçularına güvəndiyini deyib: “Həm Türkiyə çempionatında, həm də UEFA Çempionlar Liqasında uğurlu nəticələr göstərmişik. Biz böyük bir ailəyik. Bir-birimizi yaxşı başa düşür, bir-birimizə güvənirik. Bu gün meydana qələbə əzmi ilə çıxacağıq. Qalib gəlmək şansımız yüksəkdir. Yetirmələrim mübarizəyə hazırdırlar. Əgər məğlub olsaq, “bura qədər gəlmişik, bəsimzidir” deməyəcəyik. əksinə, çox məyus olacağıq”.