UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu Norveç təmsilçisi “Budyo-Qlimt” üzərində inamlı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

Metbuat.az xəbər verir ki, Lissabonda keçirilən matçda meydan sahibləri rəqib qapısından 5 cavabsız top keçiriblər (5:0).

İlk oyunda səfərdə 0:3 hesabı ilə məğlub olan portuqallar öz azarkeşləri önündə ümumi hesabda (5:3) üstünlük qazanaraq növbəti mərhələyə yüksəlməyi bacarıblar.