"Barselona" "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiolun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda futbolçunu transfer etməyi nəzərdən keçirir.

Qeyd edək ki, Yoşko Qvardiol 3 il əvvəl 90 milyon avroya "Leyptsiq"dən "Mançester Siti"yə transfer edilib. Futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.