"Milan"ın futbolçusu Luka Modriçin "Real Madrid"ə qayıda biləcəyi ilə bağlı iddialar dərc edilib.

Metbuat.az xəbər verir ki, “Real”ın futbolçunu geri qaytarmaq istədiyi irəli sürülüb. "Bild" qəzetinin məlumatına görə, xorvatiyalı ulduzun adı "Real Madrid"in yarımmüdafiədəki məhsuldarlığı ilə bağlı problemlər səbəbindən yenidən gündəmə gəlib. Xəbərdə iddia olunur ki, “Real”ın məşqçi namizədləri arasında qeyd edilən Massimiliano Allegri İspaniya nəhəngini çalışdırarsa, Modriçi kluba geri qaytarmaq istəyir.

Qeyd edək ki, Luka Modriç və Massimiliano Allegri “Milan”da məmnun olduğunu açıqlayıb.