AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la 3:3 bitən qarşılaşmanın sonlarında rəqib skamyaya qeyri-etik jest edən “Sabah”ın məşqçisi Valerio Zuddası cəzalandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komitə italiyalı çalışdırıcıya 7 oyunluq cəza verib. “Sabah” klubu isə məşqçisinə görə 15 min manat cərimə ödəyəcək.