Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Metbuat.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.
Mərhələnin ilk matçı İstanbulda olacaq. “Qalatasaray” öz meydanında “Liverpul”la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 21.45-də başlayacaq.
Futbol mütəxəssisləri bu oyunu Viktor Osimen - Muhammed Salah dueli kimi qiymətləndirirlər.
Qeyd edək ki, “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimen bu mövsüm Cempionlar Liqasında sari-qırmızılı forma ilə 8 oyuna çıxıb. 26 yaşlı hücumçu 7 qol vurub və 2 qolun ötürməsini verib.