"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimenin xidmətində maraqlı olan Avropa nəhənglərinin sırasına daha bir klub qoşulub. Fransanın PSJ klubunun 26 yaşlı hücumçunu öz heyətinə qatmağa hazırlaşdığı bildirilir.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. KİV Fransa komandasının Osimen üçün yaxın günlərdə İstanbul təmsilçisi ilə danışıqlara başlayacağını yazıb.

Məlumatda o da bildirilir ki, PSJ qaradərili futbolçu üçün kisənin ağzını açıb. Fransa klubu Osimenə görə "Qalatasaray"a 120 milyon avro təklif edəcək.

Türkiyə mediası İstanbul təmsilçisinin təcrübəli qolçu üçün 150 milyon qiymət müəyyən etdiyini yazıb.

Qeyd edək ki, "Real Madrid", "Atletiko Madrid" və "Yuventus" kimi məşhur Avropa klublarının da Viktor Osimenə elçi düşdüyünə dair iddialar mövcuddur.