“Bavariya” "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Bavariya” Osimhenin Harri Keyni əvəz edə biləcəyini hesab edir. "Foot Mercato"nun məlumatına görə, “Bavariya” nigeriyalı hücumçunu transfer siyahısının ilk sırasına yerləşdirib.
Qeyd edək ki, Viktor Osimhenin adı “Atletiko Madrid" klubu ilə də hallanıb. “Qalatasaray”ın futbolçu üçün 100 milyon avrodan çox transfer məbləği tələb etdiyi iddia edilir.