"Mançester Siti" "Real Madrid"in futbolçusu Vinisius Juniorun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunu razı salmağa səy göstərir. Xəbərdə deyilir ki, "Mançester Siti" Vinisius Juniora “Real”da qazandığı məvacibdən daha çox maaş verə biləcək büdcəyə sahibdir.

Qeyd edək ki, Vinisius Juniorun daha çox məvacib tələb etdiyi üçün "Real Madrid"lə yeni müqavilə barədə razılıq əldə etmədiyi irəli sürülür. Futbolçunun klubla müqaviləsi 2027-ci ildə yekunlaşır.