Türkiyənin "Qalatasaray" klubuna məxsus formalar satışa çıxarılıb. 2025-2026 mövsümündə geyinilən formalar baş məşqci Okan Buruk və klubun ulduz futbolçuları tərəfindən ictimaiyyətə təqdim olunub.

Metbuat.az xəbər verir ki, sarı-qırmızılı formalar alıcılara 5 min lirəyə (təxminən 200 manat) təqdim olunur. Əz azı yüz min ədəd forma satmaq hədəf kimi qarşıya qoyulub.

Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi ötən ilin dekabr ayında 26-27 il əvvəl istifadə olunmuş formaların satışını təşkil etmişdi. Qısa müddət ərzində 90 min ədəd forma satmaq mümkün olmuşdu. Bu əməliyyat nəticəsində klub 200 milyon lirə (təxminən 8 milyon manat) gəlir əldə etmişdi.