Mərakeş millisi Xavi Hernandezin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Mərakeşin məşqçiyə təklif irəli sürdüyü iddia edilir. İddialara görə, Xavi millidə çalışmağa maraqlıdır. Lakin onun təklifi dünya çempionatından sonra qəbul etmək istədiyi irəli sürülüb.

Qeyd edək ki,Valid Reqraqi qarışılıqlı razılıq əsasında Mərakeş millisindən ayrılıb. Mərakeş yığması 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Mərakeş Braziliya, Haiti və Şotlandiya ilə eyni qrupda yer alıb. 4 il əvvəl Mərakeş millisi Valid Reqraqinin rəhbərliyi ilə dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olmuşdu.