"Barselona" “Hoffenhaym”ın futbolçusu Ozan Kabakın xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi müdafiəsini gücləndirmək üçün diqqətini Almaniyaya yönəldib. Maliyyə balansını qorumaq üçün azad agentlərə və ya ucuz oyunçulara diqqət yetirən Kataloniya komandası Bundesliqada uğurlu oyun nümayiş etdirən Ozan Kabakı transfer etmək istəyir. İspaniya mətbuatında dərc edilən xəbərə görə, Ozanın müqaviləsinin mövsümün sonunda yekunlaşması və Premyer Liqa təcrübəsi "Barselona"nın marağına səbəb olub.

Qeyd edək ki, Ozan Kabak 14 matçda 4 dəfə fərqlənib.