"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonali gələcəkdə "Yuventus"a transfer ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Yuventus"un əfsanəsi Klaudio Markizio açıqlama verib. Onun sözlərinə görə, Tonali “Yuventus”un sisteminə uyğun futbolçudur. Klaudio Markizionun proqnozuna görə, “Yuventus” futbolçunu transfer etmək üçün hərəkətə keçə bilər.

Qeyd edək ki, Sandro Tonali 70 milyon avroya “Milan”dan "Nyukasl"a transfer olub. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ın heyətində “Qarabağ”la oyunda fərqlənmişdi.